Türkiyəli şoumen Mehmet Əli Ərbil xəstə olduğu zamanlarda onunla maraqlanmayan müğənni Seda Sayan barədə etdiyi paylaşım ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, şoumen müğənninin yeni mövsümdə "Kanal D" telekanalında səhər proqramında aparıcılıq etməsinə sərt şəkildə reaksiya verib.
"Keçmişi daha təmiz olsaydı, iftar verilişi də aparardı. Halal olsun, televiziyalar reytinq qazana bilməyən bu qadını hələ də işlədirlər".
Bizim.Media
