NBC telekanalı Rusiya prezidenti Vladimir Putindən hazırladığı müsahibənin bir hissəsini ABŞ prezidenti Co Bayden ilə Cenevrə zirvəsi ərəfəsində yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb. Mənbə yazır ki, Putin ABŞ ilə məhbus mübadiləsini istisna etməyib.
O, eyni zamanda qeyd edib ki, Rusiyada məhkum olan ABŞ vətəndaşlarının sayı Amerika həbsxanalarındakı rusların sayından çox fərqlənir.
Müsahibədə Rusiyada mühakimə olunan Trevor Ridd və Paul Uilyandan da bəhs edilib.
Həmin müsahibənin bir hissəsini sizə təqdim edirik:
Bizim.Media