Rusiyanın Dojd telekanalının müxbirləri icazəsiz etiraz aksiyalarına birbaşa dəstək verdiklərindən Kremlə buraxılmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov jurnalistlərə Kremlə daxil olmaq üçün qoyulan qadağanın səbəbləri ilə bağlı sualı cavablandırarkən belə deyib:
"Kanal qanunsuz etirazlara birbaşa dəstək göstərdikdən sonra daha qarşılıqlı əlaqə yaratmayacağımıza qərar verdik".
Xatırladaq ki, mayın 13-də kanalın müxbirinin Rusiya prezidentinin mətbuat katibinin gündəlik brifinqlərində iştirak etmədiyi də məlum olub.
Bizim.Media