Çində bazarda partlayış olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Mənbə yazır ki, hadisə Hubey əyalətinin Şiyan şəhərində qeydə alınıb.
Belə ki, yerli vaxtla saat 06.30 radələrində böyük ərzaq bazarında qaz borusunda partlayış olub. Nəticədə 11 nəfər ölüb, 144 nəfər xəsarət alıb.
Bizim.Media