Türkiyənin Yomra şəhərində bələdiyyə sədri Mustafa Bıyıka qarşı silahlı hücum olub.
Bizim.Media “Haber Türk”ə istinadla xəbər verir ki, M. Bıyık şəxsi avtomobili ilə bələdiyyə binasının önünə gəldiyi zaman naməlum şəxs ona 5 dəfə güllə açıb.
Yomra Bələdiyyəsinin sədri heç bir yara almadan xilas ola bilib. Ona güllə açan şəxsin isə 17-18 yaşlarında olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media