Anadolu Agentliyi 105 yaşını qeyd edir - 137 ölkədə fəaliyyət göstirir

Bu gün Türkiyə xalqının Ulu Öndəri Qazi Mustafa Kamal Atatürkün göstərişi ilə Qurtuluş müharibəsi zamanı milli birliyi zədələyəcək təxribatlara qarşı milləti məlumatlandırmaq və milli mübarizəni istiqlaliyyətə aparacaq qərarları ictimaiyyətə çatdırmaq üçün yaradılan Anadolu Agentliyi (AA) 105 yaşını qeyd edir.

Bizim.Media xəbər verir ki, ötən dövr ərzində böyük inkişaf yolu keçən AA hazırda dünya xəbər agentlikləri sırasında öz layiqli yerini tutaraq, qərəzsiz və ədalətli məlumatları operativ şəkildə dünya ictimaiyyətinə çatdıran ən güvənilir xəbər mərkəzlərindən birinə çevrilib.

Dünyanın 137 ölkəsində fəaliyyət göstərən Anadolu Agentliyi Türkiyədə 84, xaricdə isə 38 büroya sahibdir.

140 fərqli mənsubiyyətdən olan işçiləri ilə yolunu davam etdirən agentlik hazırda günlük orta hesabla 1430 xəbər, 4200-dən artıq foto, 440-a yaxın video və 22 canlı efirlə 13 dildə xəbər yayımlayır.
 

“Dəyişən Dünyanın Xəbərçisi” şüarı ilə beynəlxalq arenada effektivliyini günü-gündən artıran AA 49 beynəlxalq xəbər agentliyi ilə əməkdaşlıq edir.


Türkiyənin dövlətçilik tarixinə böyük töhfələr verərək, bütün sahələr üzrə xəbərləri operativ yaymağı qarşısına başlıca məqsəd kimi qoyan agentlik ölkəsinin ictimai-siyasi həyatında özünəxas qüvvə və çevik fəaliyyəti ilə seçilir.

Bundan başqa, dünyanın ən hərəkətli bölgələrindən ən qaynar hadisələri anında təmin edən AA, jurnalistikanın çətin olduğu regionlarından yayımladığı yazılı məlumatları ilə yanaşı vizual xəbərləri ilə də fərq yaradan qurumdur.
 

Türk dünyasının problemlərinə və aktual mövzulara daha iti baxış bucağından yanaşan agentlik hər zaman Azərbaycan həqiqətləri, eləcə də Qarabağ mövzusuna Türkiyənin problemi prizmasından yanaşıb.


Xüsusilə Qarabağın işğalı və azad edilməsi dövrünü diqqət mərkəzində saxlayan AA daima Azərbaycanın haqq yolundakı mübarizəsində ədalətli baxış nümayiş etdirərək, ölkəmizə qarşı aparılan dezinformasiya mübarizəsində həqiqətlərin yayımlanmasını ön plana çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO