Ərdoğandan boykot çağırışlarına REAKSİYA: “Mənim millətim bağışlamaz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan boykot çağırışlarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan cümə namazından sonra sonra jurnalistlərə açıqlama verib.

Türkiyə Prezidenti bildirib ki, aprelin 2-də boykot çağırışları effekt verməyib:
 

“İqtisadiyyat baxımından bu millətə qarşı kampaniya aparanları mənim millətim bağışlamaz. Əksinə, daha çox alış-veriş edirlər”.


Qeyd edək ki, İstanbulun Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını bəzi markalardan və restoranlardan istifadə etməməyə çağırıb. Özəlin boykot siyahısında olan markalar və restoranlar, əsasən, holdinqində media şirkətləri də olan sahibkarlara aid olub.

Özəl bu çağırışını medianın bir hissəsinin aksiyaları işıqlandırmaması və tərəfli mövqe nümayiş etdirməsi ilə əsaslandırıb. Özgür Özəlin çağırışı sosial mediada geniş yayılıb, müxtəlif markaların adlarından ibarət siyahılar paylaşılıb. Bu markalar və iş yerləri maddi və mənəvi zərərə uğradıqlarını qeyd ediblər.

Xatırladaq ki, İstanbul Prokurorluğu ictimaiyyətə edilən "boykot" çağırışları ilə bağlı araşdırma başladıb.
 

Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada qeyd edilib ki, ənənəvi və sosial mediada xalqın bir hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” çağırışları edənlər, həmçinin bu çağırışı yayan şəxslərlə bağlı araşdırma başlanıb.


Araşdırma “nifrət və ayrı-seçkilik”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə bağlı aparılır.

Məlumatda o da qeyd edilib ki, edilən çağırışlardan sonra bəzi iş yerlərində fiziki və sözlü zorakılıq hallarına dair şikayətlərlə bağlı araşdırmalar da bu istintaq araşdırması ilə birləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Şəbnəm Tovuzlunun yeni görünüşü diqqət çəkdi— FOTOLAR

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Tibbə hazırlaşanların nəzərinə: Bu ixtisas üzrə keçid balları ARTIB

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Ruslar Azərbaycana axışır – səbəb nədir?

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Daha bir məşhur şirkət Azərbaycanda vergi ödəyəcək

Məşhur musiqi qrupu dağıldı

Məşhur musiqi qrupu dağıldı

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Sabah 6300-dən çox abonentin qazı kəsiləcək

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirildi – FOTO

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı MÜƏYYƏNLƏŞDİRİLƏCƏK

"Qarabağ"dan bir gündə üç TRANSFER

"Qarabağ"dan bir gündə üç TRANSFER

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Moskvadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribatın ANBAAN VİDEOSU

Sabah ilin son Ay tutulması baş verəcək

Sabah ilin son Ay tutulması baş verəcək

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Şəmkirdə yataqxana binasının eyvanı uçdu – VİDEO

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Rusiyadakı səfirliyimizin qonaq evinin qarşısındakı təxribata rəsmi Bakıdan SƏRT REAKSİYA

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Azad olunmuş ərazilərdə ən çox uşaq Ağdamda DOĞULUB

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Bakıda evli qadını şantaj edən şəxs HƏBS OLUNDU

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Hava Limanında narkotiklə tutuldu, evində də axtarış aparıldı – FOTO

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Keçisini axtararkən qızıl tapdı, minlərlə insan oraya axın etdi- Video

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Güclü yağışlar Səudiyyə Ərəbistanında daşqınlara səbəb oldu - VİDEO

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

End of content

No more pages to load

RADİO