Jurnalist səhvən hökumətin mesaj qrupuna salındı - Məxfi məlumatları gördü – FOTO

ABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əlavə edilməsi ölkədə qalmaqal yaradıb.

Bizim.Media xəbər verir ki, bu hadisə hazırda Amerika mətbuatının əsas müzakirə mövzusudur.

Belə ki, “The Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberq ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts tərəfindən Yəməndə husilərə qarşı çox məxfi hərbi əməliyyatları müzakirə etmək üçün yaradılan çata əlavə edilib.

C.Qoldberq məsələ haqda özü danışıb: “ABŞ milli təhlükəsizlik rəhbərləri məni Yəmənə endiriləcək hərbi zərbələrlə bağlı qrup söhbətinə daxil etdilər. Bunun real ola biləcəyini düşünmürdüm. Sonra oraya bombalar düşməyə başladı”.

O bildirib ki, martın 15-i ABŞ Yəməndə husi hədəflərini bombalayıb, lakin Qoldberq hadisədən təxminən 2 saat əvvəl artıq bunun olacağını bilirmiş: “Bunu bilməyimin səbəbi o idi ki, ABŞ müdafiə naziri Pit Heqset mənə saat 11:44-də müharibə planını mesajla göndərmişdi. Plana silah paketləri, hədəflər və vaxt haqqında dəqiq məlumatlar daxil idi.

Martın 11-də Maykl Uolts kimi tanınan istifadəçidən “Signal”a qoşulma sorğusu aldım. “Signal” digər mətn mesajlaşma xidmətlərindən daha çox məxfilik istəyən jurnalistlər və digərləri arasında məşhur olan şifrəli mesajlaşma xidmətidir. Maykl Uolts Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviridir. Mən onunla keçmişdə tanış olmuşam və onun mənimlə əlaqə saxlaması mənə qəribə gəlməsə də, Tramp administrasiyasının jurnalistlərlə mübahisəli münasibətini və Trampın vaxtaşırı mənə xüsusi diqqət yetirməsini nəzərə alaraq bunu bir qədər qeyri-adi hesab etdim. Dərhal ağlımdan keçdi ki, kimsə məni birtəhər tələyə salmaq üçün Uolts kimi maskalanıb”.

İki gün sonra isə o, Yəməndə husilərə qarşı hücumları müzakirə etdikləri “Houthi PC Small Group” adlı zəncirə qoşulmağa dəvət edilib. Amerikalı jurnalist qeyd edib ki, Uoltsun təsadüfən özünü bu qrupa qatdığını düşünüb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hughes məsələnin mediada müzakirəsindən sonra yazılı açıqlama verərək gündəmə gələn mesaj mövzusunun real göründüyünü və söhbət qrupuna təsadüfən bir nömrənin necə əlavə edildiyini araşdırdıqlarını deyib. O, bunun Yəmən əməliyyatlarına heç bir zərər vermədiyini də əlavə edib.

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp mövzu ilə bağlı suala “Mənim bu mövzuda heç bir məlumatım yoxdur” deyə cavab verib. “Atlantic” jurnalını oxumadığını deyən Tramp hadisədən xəbərsiz olduğunu, lakin sözügedən səhvin Yəməndəki hücumlara heç bir təsirinin olmadığını da qeyd edib.

Sosial şəbəkələrdə bir çox istifadəçi ABŞ-nin gizli müharibə planlarının təsadüfən bu şəkildə jurnalistə göndərilməsinin qəbuledilməz olduğunu bildirib. (qafqazinfo.az)







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

"Qarabağ" daha bir transferini elan etdi - FOTO

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təsdiqləndi

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı - FOTO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

600-dən çox balla ali məktəbə qəbul ola bilməyələrin səhvi harada olub? - VİDEO

Maksim Qalkinin Bakıda – FOTO

Maksim Qalkinin Bakıda – FOTO

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

"Qarabağ" nigeriyalı hücumçu heyətinə qatdı - FOTO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Bakıda EŞQ DRAMI: sevgilisini öldürən kişinin meyiti tapıldı – VİDEO

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

Tramp Rusiyanın NATO ölkələrinə hücum etməyəcəyindən əmindir

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Norveç Kralı V Harald xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Tramp Kanada ilə sərhəddəki Ontario gölünün adını DƏYİŞDİ - VİDEO

Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

Bülbüloğlunun arvadı, qızı, oğlu ordaydı: danışdıqları dil...

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

“Lamborghini” məhdud sayda lüks uşaq arabası buraxdı - FOTO

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

Britaniyada qağayı kabusu: Ölkəyə milyonlarla funt sterliq zərər vururlar

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

"Sabah"ın Çempionlar Liqasındakı bütün rəqibləri BƏLLİ OLDU

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Zelenskinin keçəcəyi yolda 40-dan çox polis postu quruldu

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

End of content

No more pages to load

RADİO