Parisdə əfqanıstanlı miqrantın bıçaqla ətrafdakılara hücum etməsi nəticəsində yeddi nəfər xəsarət alıb.xa0
Hadisə Parisin 19-cu dairəsində yerli vaxtla saat 22:45-də baş verib.xa0
Əvvəlcə cinayətkar MK2 kinoteatrına gələn şəxslərə xəsarət yetirib.xa0
Daha sonra əfqanıstanlı gənc onun fikrini yayındırmağa çalışan petank oynayan fransızlara hücum çəkib.xa0
Bundan sonra o, Anri Noqer küçəsində iki britaniyalı turistə də xəsarət yetirib.xa0
Bildirilir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.