Prezident Yun Sok Yol dövlətə xəyanət edib? - Cənubi Koreya prokurorluğundan AÇIQLAMA

Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib.

O, məsələ ilə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.

Dekabrın 7-də daxili işlər naziri Li Sanq Minin də istefa ərizəsini təqdim etdiyinə dair məlumat yayılıb.

Artıq hərbi vəziyyət məsələsinə görə sabiq müdafiə naziri Kim Yonq-Hyun saxlanılıb. Hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə nazirinin təklif etdiyi güman olunur.
 

Kim Yonq-Hyun hərbi vəziyyət rejimində iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək dekabrın 5-də istefa verib. Artıq onun ofisində və evində axtarış aparılıb. Sabiq nazirin hərbi vəziyyət saatlarında ölkənin nüfuzlu siyasətçilərinin həbs olunmasına göstəriş verdiyi iddia edilir. Hərbi vəziyyətin tətbiqində yol verilmiş zorakılıq hallarına görə 3 general vəzifəsindən azad edilib.


Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən yüksək rütbəli 10 hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Hakim “Xalqın Gücü” Partiyasının rəhbəri Han Donq Hun jurnalistlərə açıqlamasında siyasi xaosu minimuma endirmək üçün Prezidentin nizamlı gedişinə çalışacaqlarını, prosesi proqnozlaşdırılan və şəffaf şəkildə davam etdirmək üçün əsas müxalifət olan Demokratiya Partiyası ilə məsləhətləşəcəyini söyləyib. “Yun istefa edənə qədər faktiki olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırılacaq və Baş nazir partiya ilə məsləhətləşərək dövlət işləri ilə məşğul olacaq", - deyə partiya lideri bildirib. 

O, bu fikirləri dekabrın 6-da axşam saatlarında parlamentdə baş tutmayan prezidentin impiçmenti cəhdindən sonra bildirib.

Hakim partiyanın boykotu səbəbindən baş tutmayan impiçment cəhdindən sonra əsas müxalifət qüvvə olan Demokratiya Partiyası isə Prezident Yun Sok Yolun dərhal həbs olunmasına və araşdırılmasına çağırış edib. Əsas müxalifət hakim partiyanın baş nazirin dövlət işlərinə rəhbərlik etmək planını qətiyyətlə rədd edib.

Müxalifətdən olan deputat Kim Min Seok prezidentin vəzifəsindən kənarlaşdırılmasının konstitusiyaya uyğun yeganə proses olduğunu deyib. Müxalifət prezidentin vəzifədən kənarlaşdırılacağına qədər hər həftə impiçment məsələsini parlamentdə müzakirəyə çıxaracağını bəyan edib.
 

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub.


Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq hakim partiyanın deputatlarının iştirak etmədiyi gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər.

Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib.

Amma Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir – FOTO

Gənclər evliliyi niyə gecikdirir? – VİDEOSORĞU

Gənclər evliliyi niyə gecikdirir? – VİDEOSORĞU

BTC ilə indiyədək nəql olunan neftin HƏCMİ

BTC ilə indiyədək nəql olunan neftin HƏCMİ

Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsində YENİ FAKTLAR açıqlandı

Bulvar İdarəsinin sabiq rəhbərinin məhkəməsində YENİ FAKTLAR açıqlandı

Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

Rusiya Finlandiya, Estoniya və Latviya ilə sərhəddəki keçid məntəqələrini bağladı

Rusiya Finlandiya, Estoniya və Latviya ilə sərhəddəki keçid məntəqələrini bağladı

Rusiyada yanacağın qiyməti ilk dəfə 100 rublu keçdi

Rusiyada yanacağın qiyməti ilk dəfə 100 rublu keçdi

Sabahın HAVASI: Yağış, dolu, 35 dərəcə isti...

Sabahın HAVASI: Yağış, dolu, 35 dərəcə isti...

Türkiyədəki səfirliyimizdə YENİ TƏYİNAT

Türkiyədəki səfirliyimizdə YENİ TƏYİNAT

68 yaşlı aktrisa yenidən podiuma çıxdı - Çoxları tanımadı – FOTO

68 yaşlı aktrisa yenidən podiuma çıxdı - Çoxları tanımadı – FOTO

"İkinci xanımım məndən 37 yaş balacadır" –Video

"İkinci xanımım məndən 37 yaş balacadır" –Video

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişir

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız

Rutte: “Türkiyə NATO-nun ən güclü ordularından birinə malikdir” – VİDEO

Rutte: “Türkiyə NATO-nun ən güclü ordularından birinə malikdir” – VİDEO

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü KEÇİRİLƏCƏK

Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü KEÇİRİLƏCƏK

Bakıda dayanacaqda kişi qəfil öldü – FOTO

Bakıda dayanacaqda kişi qəfil öldü – FOTO

"Harri Potter" və "Indiana Cons" filmlərinin ulduzu Maykl Birn vəfat etdi

"Harri Potter" və "Indiana Cons" filmlərinin ulduzu Maykl Birn vəfat etdi

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Müəllim şagirdlərinin gözü qarşısında şillələndi – ANBAAN VİDEO

Müəllim şagirdlərinin gözü qarşısında şillələndi – ANBAAN VİDEO

Xamenei və ailəsi üçün hazırlanan tabutlar - FOTO

Xamenei və ailəsi üçün hazırlanan tabutlar - FOTO

Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi: Əsas dəyişikliklər nələrdir?

Qazaxıstanın yeni Konstitusiyası qüvvəyə mindi: Əsas dəyişikliklər nələrdir?

Borrel Lyayeni sərt tənqid etdi: “Səlahiyyət həddini aşır”

Borrel Lyayeni sərt tənqid etdi: “Səlahiyyət həddini aşır”

Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI

Fransada prezident seçkiləri keçiriləcək – TARİX AÇIQLANDI

Zalujnı Ukraynada prezident seçkilərində namizəd olacağını AÇIQLADI

Zalujnı Ukraynada prezident seçkilərində namizəd olacağını AÇIQLADI

End of content

No more pages to load

RADİO