Sülh üçün ÜÇ SSENARİ – Ukrayna “Avropanın İsraili”nə ÇEVRİLİR?

Ukraynada müharibəyə son qoymaq üçün mövcud ssenarilər ölkənin bu və ya digər şəkildə bölünməsini nəzərdə tutur. 

Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu “Il Fatto Quotidiano” qəzetində məqalə dərc olunub.

Məlumata görə, Ukraynada müharibənin başa çatdırılması üçün üç əsas variant üzrə müzakirələr gedir. 

Nəşrin yazdığına görə, Zelenskiyə ən yaxın olan birinci variant “alman modeli”ni, yəni ölkənin iki bloka bölünməsini nəzərdə tutur. Ukraynanın işğal olunmamış hissəsi alyansın kollektiv müdafiə haqqında nizamnaməsinin 5-ci maddəsinə əsasən təminat verilməklə NATO-ya qəbul ediləcək. Nəşr qeyd edir ki, həm Kreml, həm də Ağ Ev Soyuq Müharibə dövründə olduğu kimi belə bir bölünməni təhlükəli hesab edir.

İkinci ssenari Ukraynanın “Avropa İsraili”nə, yəni NATO-dan kənar, lakin Qərb hərbi alyansı üzvlərinin silah şəklində dəstəyini alan ölkəyə çevrilməsini nəzərdə tutur. Bununla belə, qəzet qeyd edir ki, bu variant çox bahalı və risklidir. Çünki bu yolla Ukrayna bir çox Avropa dövlətlərini geridə qoymaqla öz hərbi potensialını əhəmiyyətli dərəcədə artıra bilər. Bu variant isə qonşu ölkələr, ilk növbədə, Polşa tərəfindən xoş qarşılanmır.
 

Üçüncü varianta görə, Ukrayna Çin, Hindistan və Fars körfəzi ölkələri kimi NATO üzvü olmayan dövlətlərin daxil ola biləcəyi bir növ beynəlxalq missiyanın yaradılması ilə yolu ilə bölünəcək.


Bu variant ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vizyonuna ən yaxın ssenaridir. Çünki bu variant Vaşinqtonun birbaşa müdaxiləsini nəzərdə tutmur. Üstəlik, bu ssenaridə baş verə biləcək hadisələrə yalnız atəşkəs razılaşması əldə edildikdən sonra baxılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Rusiyanın Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər öldü – VİDEO

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Sabahın HAVASI: Leysan, şimşək, dolu...

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Qubada 47 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Şəfiqə Məmmədovanın sədr seçildiyi iclasdan GÖRÜNTÜLƏR

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Qarabağdan Buxaraya: “Alimlərin sultanı” Yusif Qarabaği – VİDEO

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Dondurma yeyənə ayda 10 min maaş verəcək

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Bakıda evdən 43 yaşlı kişinin meyiti tapıldı

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Saqqızla bağlı təəccüblü araşdırma – infarkt və insult riski arta bilər

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Külli miqdarda dərman preparatları AŞKARLANDI - FOTO

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi - Bank kartları sıradan çıxacaq?

Dünyanın ən çox satılan telefonları açıqlandı

Dünyanın ən çox satılan telefonları açıqlandı

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

İlham Əliyevdən Şavkat Mirziyoyevə MƏKTUB

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

End of content

No more pages to load

RADİO