Rusiya hakerləri Alman hökumətinin kompüter şəbəkəsini sındıraraq məxfi sənədlər oğurlayıblar.
Moderator.azxa0 yazır ki, bu haqdaxa0 ölkənin “dpa” agentliyi Almaniyanın xüsusi xidmət orqanlarındakı mənbələrə istinadlaxa0 məlumat verir.xa0 “ART 28” haker qrupu zərərli proqramlar tətbiq edərək Xarici İşlər və Müdafiə nazirliklərinin şəbəkəsinə girib vəxa0 gizli sənədlərin surətinixa0 götürə bilib. Alman xüsusi xidmət orqanlarıxa0 hücum barədəxa0 yalnız 2017-ci ilin dekabrında xəbər tutublar. Mütəxəssislər Rusiya hakerlərinin müdaxiləsinin bütövlükdə ötən il ərzində davam etdiyini istisna etmir...
Ekspertlər rus hakerlərin federal kansler, nazirliklər, cinayətkarlıqla mübarizə idarəsi, hesablama palatası və gizli xidmətlər tərəfindən istifadə edilən hökumət internetxa0 və kompüter şəbəkəsinə nə dərəcədə nüfuz eməsini öyrənməyə çalışırlar.

“Fancy Bear” kimi də tanınan “APT28” qrupunun 2015-ci ildə Bundestaqın daxili kompüter şəbəkəsinə hücum edərək təxminən 17 geqabaytlıq məlumat yüklədikləri də bildirilir.
Alman mütəxəssislərxa0 xa0“ART28” qrupunun Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (“QRU”) rəhbərliyi altında fəaliyyət göstərdiyini hesab edirlər.
Sultan Laçın