SSRİ-də edam edilən SONUNCU QADIN – Bir “Volqa” üçün 13 nəfəri necə qətlə yetirdi?

Kiyev şəhəri, 1987-ci il. Məhkəmə zalı doludur. Müttəhimlər kürsüsündə sadə bir ailənin üzvləri - iki bacı və onların yaşlı valideynləri əyləşib.

Lakin ittihamlar qorxu filminin ssenarisi kimi oxunur: qırx zəhərlənmə, on üç qətl.

Qətl silahı isə o dövrdə eşidilməmiş nadir geoloji zəhərdir. Bu kabusun mərkəzi fiquru isə qara “Volqa” arzusunda olan və bu arzusuna çatmaq yolunda ona mane olan hər kəsi məhv etməyə hazır olan bir qadındır.

Bu qabyuyan qadının adı Tamara, soyadı İvanyutinadır.

O, özü də bilmir ki, Sovet İttifaqında edam edilən son qadın kimi tarixə düşəcək. Tamara Antonovna İvanyutina 1941-ci ildə Tulada böyük bir ailədə anadan olmuşdu. Uşaqlığını müharibə və müharibədən sonrakı illərdə keçirib, lakin yoxsulluq və çətinliklər onu sındırmayıb. Əksinə, erkən yaşlarından sadə və dəhşətli bir həqiqəti öyrənib: nəyin bahasına olursa olsun istədiyinizə nail olmalısınız.
 

Kiyevə köçdükdən sonra o, özündən yeddi yaş böyük Oleq İvanyutinlə evlənib. Lakin onların ailə xoşbəxtliyi uzun sürmədiş Daha doğrusu, Tamaranın artıq ərinə ehtiyacı olmadığını anladığı an evlilik  sona çatdı.


Onun ilk qurbanı da məhz öz əri idi.

Tamara Oleqi demək olar ki, evliliklərinin ilk günlərindən onu zəhərləməyə başlamışdı. Yavaş-yavaş, damcı-damcı, bu zəhərin bədəndə toplandığını və nəticədə öz işini görəcəyini bilərək, onun yeməyinə hər dəfə talium əsaslı məhlul əlavə edirdi.

Onun həyatda ilk hədəfi Kiyevdə mənzil sahibi olmaq idi. Bu yolda o istənilən adamı qurban verməyə hazır idi. Bu yolda Tamaranın növbəti qurbanı ikinci ərinin valideynləri oldu. Çünki onların kənddə müəyyən mülkləri vardı. Bu mülkləri ələ keçirmək üçün özünün zəhərli reseptindən istifadə etdi.

Maraqlıdır ki, o kənddə olarkən hazırladığı “silahı” ilkin olaraq  qonşularının toyuq və pişikləri üzərində sınaqdan keçirdi.

Məktəb bufeti ölüm poliqonu kimi

Tamara Kiyev məktəblərinin birində adi qabyuyan işləyirdi. O, qabyuyan işlədiyi dövrdə özünün hazırladığı “ölüm silahı”nı şagirdlərin üzərində test edirdi. Nəticədə məktəb divarları arasında yüzlərlə şagird zəhərlənmə üzündən ölümlə üzləşmişdi.
 

Nəhayət, 16 mart 1987-ci ildə Tamaranın işlədiyi məktəbdə kütləvi zəhərlənmə baş verdi. Müəllimlər və şagirdlər eyni simptomlarla bir-birinin ardınca xəstəxanaya yerləşdirildilər. Sonradan məlum oldu ki, İvanyutina yeməyə talium qarışdırıb.


Səbəb nə idi?

Sən demə altıncı sinif şagirdləri nahardan sonra masa və stullarını yerinə qoymaqdan imtina ediblər. Qadın buna qəzəblənərək məktəbdəki hər kəsi zəhərləmək qərarına gəlib.

"Mən onları cəzalandırmaq qərarına gəldim!" - deyə o, dindirmə zamanı bildirib.

Amma bu, hələ hamısı deyil. İvanyutinanın sözlərinə görə, müəllimlər şagirdləri naharlarını bitirməyə məcbur ediblər. Bu da Tamaranın ev təsərrüfatı üçün çox az miqdarda qida tullantısı götürməsinə imkan yaradıb. Ona görə də o dəhşətli bir plan hazırlayıb. İlkin plan məktəb bufetindəki yeməyin keyfiyyətinə inamsızlıq yaratmaq idi. Belə olacağı təqdirdə şagirdlər daha az yeyəcəkdilər və o, ev heyvanları üçün daha çox yemək götürə biləcəkdi.

Qətl silahı geoloji kəşfiyyatda istifadə edilən yüksək zəhərli talium əsaslı məhlul — Kleriçi məhlulu idi.

Zəhər məhkəmə ekspertləri üçün demək olar ki, məlum deyildi və qurbanların ölümü uzun müddətdir ürək tutmaları ilə əlaqələndirilirdi. Sonradan məlum oldu ki, Tamaranı Geologiya Nazirliyindən tanıdığı bir laboratoriya texniki, gəmiricilərə qarşı mübarizə üçün zəhəri təmin edirmiş. Tamaranın ailəsi üçün isə qonşular, qohumlar, həmkarlar və hətta məktəblilər "gəmirici” rolunu oynayırdı.

Qeyd edək ki, bu dəhşətli cinayətdə Tamara tək deyildi.

Onun ailəsi cinayətlərdə biləvasitə iştirak edirdi. Ona görə də bacısı Nina Matsibora və yaşlı valideynləri Anton Mitrofanoviç və Mariya Fedorovna Maslenko da ittiham olundular.
 

İstintaq 40 zəhərlənmə hadisəsini sübut etdi ki, bunlardan 13-ü ölümlə nəticələnmişdi. Təəccüblüdür ki, istintaq və məhkəmənin gedişində nə Tamara, nə də onun ailə üzvlərinin heç biri peşiman olduqlarını dilə gətirdilər.


Onlar iştahla və zövqlə zəhərlənmələrin təfərrüatlarını təsvir edirdilər. Müttəhimlər kürsüsündə oturan Tamaranın yeganə peşmançılığı çoxdankı arzusunu - avtomobili almaq arzusunu gerçəkləşdirə bilməməsi idi. İtirilmiş həyatlar barədə isə qətiyyən peşimançılıq keçirmirdi.

Hökm və edam

Tamara İvanyutina ən ağır cəzaya - əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edildi. Bacısı Nina 15 il, valideynləri isə müvafiq olaraq 10 və 13 il həbs cəzası aldılar. Ailə üzvlərinin bu qədər yüngül cəza alması qurbanlar və qurbanların qohumlarını qəzəbləndirsə də, nəticə dəyişmədi.

İvanyutina 6 dekabr 1990-cı ildə Kiyevdəki Lukyanivska həbsxanasında edam edildi. Bununla da o, müharibədən sonrakı dövrdə Sovet İttifaqında ölüm cəzasına məhkum edilən üçüncü və sonuncu qadın oldu.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

69 yaşlı milyarder özünü sınamaq üçün görün nə etdi?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Qədim şəhər tapıldı: İsa burada kor adamı sağaldıb?

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əməkdaşları arasında insidentin ANBAAN VİDEOSU

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Onunla şam edənin səhərisi gün səhmləri qalxır

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Tanınmış müğəniyə ağır itki

Tanınmış müğəniyə ağır itki

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Co Baydenin oğlu etiraf etdi

Co Baydenin oğlu etiraf etdi

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Salyanda ağır qəza: 5 yaralı var

Salyanda ağır qəza: 5 yaralı var

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO - VİDEO

Bərə qəzasına görə nazir işdən çıxarıldı

Bərə qəzasına görə nazir işdən çıxarıldı

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

End of content

No more pages to load

RADİO