ABŞ-ın Florida ştatının Parkland şəhərindəki Stonmen Duqlas liseyinə naməlum şəxs tərəfində silahlı hücum olub.
Silahlı şəxs qarşısına çıxana atəş açıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 3 şagird ölüb, 50-dən çox şagird isə yaralanıb.
İnsident yerinə çoxlu sayda polis və təcili yardım cəlb edilib. Hazırda silahlı şəxsin tutulması istiqamətində tədbirlər aparılır.
***
ABŞ-ın Florida ştatının cənubunda məktəbdə baş vermiş atışma nəticəsində 17 nəfər həlak olub.
Qafqazinfo RİA Novostiyə istinadənxa0 xəbər verir ki, bu barədə Brovard dairəsinin şerifi Skot İsrael bildirib.
O, öldürülənlərdən 12-nin məktəbin binasında, daha 3-nün isə küçədə qətlə yetirildiyini vurğulayıb.(Qafqazinfo)xa0




