İstanbulda Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb

Mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Alimlərinin Məşvərət Toplantısı işə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Dünya İslam Alimlərinin Məşvərət Toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dünya Müsəlman Alimləri Birliyinin rəhbəri Ali Muhiddin Əl-Qaradaği, Əlcəzairin din işləri naziri Yusif Belmandi, Malayziyanın dini işlər naziri Dato Naim, İraqın Fiqh Alimləri Birliyinin sədri Əhməd Həsən Taha, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauruzbay Taqanulı, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin, Bosniya və Herseqovinanın İslam Birliyinin rəhbəri Hüseyn Kovazoviç, Bolqarıstanın Baş müftisi Mustafa Hacı və digər nüfuzlu dini liderlər, tanınmış İslam alimləri iştirak ediblər.

Türkiyənin Diyanət işləri başkanı Ali Erbaş çıxışında bildirib ki, müharibələr, terror aktları, yoxsulluq bəşəriyyəti ciddi təhdid etməkdədir. İslamın nüfuzlu alimləri tez-tez müxtəlif qurum və təşkilatların toplantılarında bir araya gələrək müzakirələr aparır, çıxış yolları arayırlar. Ali Erbaş Türk Dövlətləri Dini Liderlərinin fəaliyyətini xüsusi vurğulayıb, yeni yaranan Dünya İslam Alimləri Məşvərət Toplantısının da əhəmiyyətli bir platforma olacağına inamını ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə çıxışında bildirib ki, böhranlar və fəlakətlərlə səciyyələnən müasir dövrdə mənəvi birliyin önəmi danılmazdır: “Bizim vəhdətimizi parçalamaq, dövlətlərimizi zəiflətmək məqsədini güdən bəzi qüvvə və dairələrin mənfur niyyətlərinin qarşısına sipər çəkməyin ən doğru yolu müsəlman ümmətinin birliyi, İslam aləminin həmrəyliyidir. Müasir dünyada baş verən dəhşətli hadisələr dini liderlərin birləşərək sülh naminə birgə mövqedən çıxış etməsini labüd edir”.

Şeyxülislam A.Paşazadə çıxışında dünyada artan ksenofobiya, irqçilik təzahürlərinə toxunaraq, dini-mənəvi mühitimizə xarici müdaxilələrin, yad və zərərli təbliğatların, bu ölkələrdə ayrı-seçkiliyə və ya vətəndaş qarşıdurmalarına səbəb ola biləcək hər hansı ideoloji təxribatların, nifrət çağırışlarının narahatedici səviyyədə olduğunu vurğulayıb. Bu baxımdan, dünya İslam alimlərinin Məşvərət toplantısının yaradılması ideyasını dəstəklədiyini ifadə edib.
Daha sonra QMİ sədri A.Paşazadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, 30 illik işğala son qoyulmasından, Azərbaycan dövlətinin azad olunmuş torpaqlarımızda milli-mənəvi irsimizi, ümumislam əhəmiyyətli mədəni-mənəvi abidələri bərpa etməsindən, yenidənqurma işlərindən danışıb. O, bu yaxınlarda VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanda səfərdə olmuş dini liderlərin azad olunmuş ərazilərimizi ziyarət etdiyini, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində Dini liderlərin Şuşa Bəyannaməsi qəbul edildiyini xatırladıb. Şeyxülislam A.Paşazadə bu il Azərbaycanın iqlim dəyişikliyinə dair qlobal tədbir olan COP29-a ev sahibliyi edəcəyini, bu tədbir çərçivəsində dünya dini liderlərinin növbəti Zirvə görüşünün nəzərdə tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

8 ayda 20 milyard itirdilər

8 ayda 20 milyard itirdilər

Gədəbəydə kişi evində ölü tapıldı

Gədəbəydə kişi evində ölü tapıldı

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Norveçin yeni kralı parlament qarşısında and içdi

Norveçin yeni kralı parlament qarşısında and içdi

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Babək prospektində avtomobil yandı – VİDEO

Babək prospektində avtomobil yandı – VİDEO

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - (Video)

Xalq artisti: "Məni ad gününə, toylarınıza da çağırmayın" - (Video)

Diplomatiyanın nəbzi, xəbərin sürəti: Bişkekdə ŞƏT sammiti -REPORTAJ

Diplomatiyanın nəbzi, xəbərin sürəti: Bişkekdə ŞƏT sammiti -REPORTAJ

Kir Starmer deputat mandatından imtina etdi

Kir Starmer deputat mandatından imtina etdi

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım –Video

Kamilə Babayevadan dünyasını dəyişən anası ilə bağlı paylaşım –Video

Naxçıvandan Bişkekə uzanan yol: Azərbaycanın yüksələn geosiyasi xətti

Naxçıvandan Bişkekə uzanan yol: Azərbaycanın yüksələn geosiyasi xətti

Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal AŞKARLANDI

Gömrükdə 232 min manatdan artıq bəyan edilməyən mal AŞKARLANDI

DİQQƏT! Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

DİQQƏT! Sabirabadın bəzi kəndlərində qaz olmayacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırıldı

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

Prezidentin “ŞƏT plyus” sammitində çıxışından TARİXİ MESAJLAR – FOTO

End of content

No more pages to load

RADİO