Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı anasının videosunu paylaşıb.
“Sən mənə lap uşaqlıqdan doğruluqdan və dürüstlükdən heç vaxt şübhə etmədən, başıuca və məğrur yaşamağı öyrətdin. O böyük ürəyinə, əhvalından asılı olmayaraq, dünyaları sığdırdın. Tanıdığım ən böyük vətən sevdalısı. Dilini, dinini, tarixini, bayrağını, ədəbiyyatını, musiqisini bütün qəlbinlə sevdin. Hər gözəl hekayədə səni görəcəyəm, hələlik...” – deyə Kamilə Babayeva şərhdə qeyd edib.
Bizim.Media