1 may əksər ölkələrdə niyə bayram kimi qeyd edilir? – MARAQLI SƏBƏB

1 may bir zamanların ən çox sevilən bayramlarından biri idi. O zamanlar bu gün uşaqlar üçün ikiqat bayram idi. Çünki həmin gün bütün məktəb şagirdləri bayram gəzintisinə çıxırdı, gün boyu əylənirdilər. 

Yaşlılar da boş dayanmırdı. Sovetlər zamanında yaşlı nəslin nümayəndələri əvvəlcə mərkəzi meydanlarda təşkil olunan parada tamaşa edər, sonra da şəhər ətrafındakı ərazilərdə piknik təşkil edərdilər. Bir zamanlar paytaxt sakinləri 1 mayı Nizami rayonu ərazisindəki təpələrdə keçirirdilər. O zaman həmin ərazilər boş sahələr idi. 

Lakin müstəqillik qazandıqdan sonra 1 may bayram və qeyri-iş günləri siyahısından çıxarıldı. Artıq uzun illərdir ki, 1 may Azərbaycanda sıradan bir təqvim günü kimi qeyd edilir.

Bu gün də bəzi ölkələr 1 mayı “Dünya fəhlələrinin həmrəylik günü”, “Dünya zəhmətkeşlərinin həmrəylik günü”, “Əmək günü”, “Beynəlmiləlçilik günü”, “Əmək və bahar günü” və sair adlarla qeyd edirlər. 

Hansı ölkələr bu günü təmtəraqla qeyd edir?

Hazırda dünyanın 66 ölkəsində 1 May rəsmi bayram, 100-dən artıq ölkədə isə qeyri-rəsmi bayram kimi qeyd edilir.

1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra 1 May bayramı Milli Əmək günü adı ilə rəsmi status alıb. Almanlar bu bayramı II Dünya Müharibəsi zamanı işğal etdikləri ərazilərdə də təntənə ilə qeyd ediblər. O cümlədən SSRİ-nin işğal olunmuş ərazilərində də almanlar böyük bayram şənlikləri keçiriblər.

Hindistanda 1 May bayramı 1923-cü ildə rəsmi bayram statusu alıb.

Finlandiyada 1 may tarixi tələbələrin bahar karnavalı bayramı kimi qeyd edilir və ölkədə kütləvi tədbirlər keçirilir.

1996-cı ildən Qazaxstanda 1 may tarixi Qazaxıstan xalqının Birlik Bayramı kimi qeyd olunur.

İspaniyada 1 may tarixi Gül bayramı kimi keçirilir.

İngiltərədə də 1 may tarixi təntənə ilə qeyd olunur. Milli paltarlar geyinən ingilislər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar.

Belarusda, Qırğızıstanda, Ukraynada, Çində, Şri-Lankada 1 May bayramı Əmək bayramı adı ilə qeyd edilir.

1 May bayramı ilə bağlı ayrı-ayrı ölkələrdə zaman-zaman bayram ənənələri də yaranıb. Fransada 1 May bayramında qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada gül fetivalı keçirilir. İsveçdə isə fərqli bir ənənə yaranıb. 1 may tarixində isveçlilər evdən çıxardıqları zibili yandırırlar. Almaniyada bayram münasibətilə yarmarkalar təşkil olunur. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar.

Bəs, 1 may niyə bayram kimi qeyd edilir? 

1 May bayramının tarixi XIX əsrin ortalarına təsadüf edir. İlk dəfə olaraq 21 aprel 1856-cı ildə ildə Avstraliyada fəhlələr iş gününün qısaldılması, səkkiz saatlıq iş rejiminə keçid tələbi ilə bağlı kütləvi mitinqlərə çıxıblar, tətillər başlayıb. Etirazçı kütlələrə təyziq göstərilsə də, nümayişləri dağıtmaq mümkün olmayıb və onların tələbi qismən də olsa yerinə yetirilib. Bu hadisədən, 9 günlük nümayişlərdən sonra hər il Avstraliyada may ayının 1-i bayram günü kimi qeyd olunmağa başlayıb.

Avstraliya hadisələri 1886-cı ilin mayında ABŞ-da və Kanadada təkrar olunub. Çikaqoda isə hadisələr sakitliklə ötüşməyib. 4 may 1886-cı ildə Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Səhərisi gün hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər. Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana “qeyri-müəyyən” şəxs tərəfindən partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar. 

Baş vermiş insidentə görə səkkiz nəfər həbs olunub. Onlar haqqında əvvəlcə asılmaqla edam hökmü çıxarılsa da, sonra cəzaları 15 il illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

1889-cu ilin iyul ayında çoxsaylı Amerika fəhlələrinin müraciəti ilə Parisdə keçirilən 2-ci beynəlmiləl konqresdə 1 may tarixi bütün dünya fəhlələrinin həmrəylik günü elan edilib.

Azərbaycanda 1920-ci ildən başlayaraq, 1 may rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.
Lakin 1992-ci ildə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Hazırda ölkəmizdə bu günü sadəcə bəzi partiyalar qeyd edirlər.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

CENTCOM bəyanat yaydı: ABŞ İranda SEPAH obyektlərinə zərbələr endirir

CENTCOM bəyanat yaydı: ABŞ İranda SEPAH obyektlərinə zərbələr endirir

Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? - AÇIQLAMA

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? - AÇIQLAMA

İranın bir neçə şəhərində partlayış səsləri eşidilib

İranın bir neçə şəhərində partlayış səsləri eşidilib

Fatih Tekke "Trabzonspor"dan ayrıldı

Fatih Tekke "Trabzonspor"dan ayrıldı

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı - FOTO

Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı - FOTO

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı - VİDEO

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı - VİDEO

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Bu universitetin korpusu 26 milyon manata təmir olunacaq

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Anar Paşacanov Dünya Bankında yüksək vəzifəyə gətirildi

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Azərbaycanda axtarışda olan kişinin meyiti küçədə tapıldı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Sürücülərə şad xəbər: 46 küçədə təmir işləri yekunlaşdı

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Putin: “Türkiyə bizim imtiyazlı tərəfdaşımızdır"

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

Kaya Kallasın mətbuat katibi vəzifəsindən İSTEFA VERDİ

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

ABŞ İranın hücumunu 80-dən çox “Patriot” raketlə dəf edib

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

Prezidentin Narendra Modi ilə görüşündən FOTO

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

ANAMA ilə ASEAN təşkilatı arasında minatəmizləmə əməkdaşlığı genişlənir

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı - FOTO/VİDEO

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

Bakı buxtasında suyun səthi neft ləkələrindən təmizlənəcək

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

İlkin İsmayılov yeni vəzifəyə təyin olundu

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı – VİDEO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Sevinc Əzizovaya vəzifə verildi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərdi - FOTO

End of content

No more pages to load

RADİO