Türkiyədə Çanaqqala quru döyüşlərində həlak olanların xatirəsi anılır

Bu gün qardaş Türkiyədə Çanaqqala quru döyüşlərinin 106-cı ildönümü qeyd olunur.

Bizim.Media xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərində COVID-19 pandemiyası səbəbindən məhdud şəraitdə keçirilən anım mərasimində qəhrəman türk övladlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

Şəhidlərin xatirəsi ehtiramla yad edilib, abidənin önünə əklil qoyulub. Mərasimdə Çanaqqala valisi İlhami Aktaş, dövlət rəsmiləri və bir sıra ölkələrin diplomatik nümayəndələrinin əməkdaşları iştirak ediblər.

Çanaqqala 1915-1916-cı illərdə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq ölkələri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girərək müharibənin taleyini tam şəkildə həll etməkdə qərarlı idilər.

Lakin bu hücumlar uğursuz oldu. Hər iki tərəf də çox ağır itkilər verdi. Antanta dövlətlərinin hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük uğursuzluğa uğradı.

Bu dövrdə Mustafa Kamal Paşayа Аnаfаrtаlаr cəbhəsində оrdu qruplаrındаn birinə rəhbərlik еtmək tаpşırılmışdı.

Həmin dövrdə cəbhədə vəziyyət аğır оlаrаq qаlırdı. Lаkin düşmən Osmanlı əsgərlərinin müqаvimətini qırаrаq İstanbulu və bоğаzlаrı tutmаq niyyətini həyаtа kеçirə bilmədi. Dənizdən hücumlа Çanaqqalanı ələ kеçirə bilməyəcəyini аnlаyаn düşmən tаktikаnı dəyişərək Mustafa Kamal Paşanın dеdiyi kimi, Seddülbahirdən quruyа qоşun çıxаrmаğа bаşlаyır. 1915-ci il aprеlin 25-də аdıçəkilən istiqаmətdə quruyа çıxаrılаn ingilis-frаnsız əsgərləri ilə Osmanlı оrdusu аrаsındа о dövrün ən qаnlı döyüşləri bаşlаyır.

Çоxsаylı düşmən qаrşısındа Osmanlı əsgərlərinin sаyı оlduqcа аz idi. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi və “Mən sizə ölməyi əmr edirəm. Biz öldükdən sonra yerimizə digər qüvvələr, başqa komandanlar keçəcək”, - deyə bildirdi.

Bu, bəlkə də tarixboyu görünmüş ən böyük sınaq və şərəf döyüşü oldu. Şəhid olan əsgərlərin yeri həmin an doldurulurdu.

Tezliklə dekabrın 20-də Anafartalar və Arıburnu cəbhəsi, 1916-cı il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Beləliklə, düşmənin birləşmiş qüvvələri geri çəkilmək məcburiyyətində qalaraq döyüş meydanını tərk etdi.

1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşlər müasir Türkiyə dövləti üçün tarixi əhəmiyyət daşıyır.

Tarixi mənbələrə görə, Osmanlı ordusu Çanaqqala döyüşlərində 250 min şəhid verib. Döyüş zamanı 3 mindən çox azərbaycanlı şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı

Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı

Bu şəxslərin iş saatı DƏYİŞDİRİLDİ - İLGİNC SƏBƏB

Bu şəxslərin iş saatı DƏYİŞDİRİLDİ - İLGİNC SƏBƏB

Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO

Bakıda DƏHŞƏTLİ ANLAR: Avtomobillər torpağın altında qaldı - VİDEO

Azərbaycanda ötən ay neçə nəfəri gün vurub?

Azərbaycanda ötən ay neçə nəfəri gün vurub?

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında – FOTO/VİDEO

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında – FOTO/VİDEO

"Card to card" əməliyyatlarına limit qoyulmasının SƏBƏBLƏRİ AÇIQLANDI

"Card to card" əməliyyatlarına limit qoyulmasının SƏBƏBLƏRİ AÇIQLANDI

Ağdərədə minaya düşən şəxslərin SON DURUMU

Ağdərədə minaya düşən şəxslərin SON DURUMU

İran Trampın açıqlamasını təkzib etdi: ABŞ-la danışıqlar aparılmır – VİDEO

İran Trampın açıqlamasını təkzib etdi: ABŞ-la danışıqlar aparılmır – VİDEO

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" – VİDEO

Ruben Rubinyan: "Türkiyədə Adana kababını yeməyi sevirdim" – VİDEO

Vətəndaşlar indi də belə aldadılır – XƏBƏRDARLIQ - FOTO

Vətəndaşlar indi də belə aldadılır – XƏBƏRDARLIQ - FOTO

Azərbaycanda yay fəsli oktyabra qədər uzana BİLƏR

Azərbaycanda yay fəsli oktyabra qədər uzana BİLƏR

Bakıda futbol meydançasında meyit tapıldı

Bakıda futbol meydançasında meyit tapıldı

Ceki Çan Bakıya GƏLDİ

Ceki Çan Bakıya GƏLDİ

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Bakıda 18 və 20-ci mərtəbədən yıxılan gənclər öldü - FOTO

Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

Ağdərədə mina partladı - 2 nəfər xəsarət aldı

Namidə İsayeva yeni vəzifəyə TƏYİN EDİLDİ

Namidə İsayeva yeni vəzifəyə TƏYİN EDİLDİ

Azərbaycanlı tələbədən rekord uğur: 13 ölkə, 32 universitet və 9 təqaüd – FOTO

Azərbaycanlı tələbədən rekord uğur: 13 ölkə, 32 universitet və 9 təqaüd – FOTO

End of content

No more pages to load

RADİO