Avropanın məşhur mediası erməni vəhşiliklərindən yazdı - FAKTLAR 

“İşğal olunmuş ərazilərdəki mədəni və dini abidələrin məhv edilməsi beynəlxalq hüquq normalarına görə hərbi cinayət hesab olunur”.

Bizim.Media-nın məlumatına görə, bu fikirlər Avropanın “EU Today” media platformasının “Qarabağda onilliklər ərzində maddi-mədəniyyət nümunələri məhv edilib” sərlövhəli məqaləsində yazılıb.

Məqalənin müəllifi bildirib ki,Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərindəki bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilib:

“Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3000-ə qədərdir. Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilib, təhqir olunub, dəyişdirilib və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin saxlandığı 22 muzey və muzey filialı məhv edilib”.

Müəllif vurğulayır ki, qərb müşahidəçiləri də Azərbaycanın maddi-mədəni irsinin ermənilər tərəfindən məhv edilməsi və mənimsənilməsi kimi faktları pisləyirlər.

O qeyd edir ki, Fransanın “Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun” (İPSE) prezidenti Emmanuel Dupuy Ermənistanın BMT-nin qətnamələrinin tələblərini pozaraq işğal altında saxladığı ərazilərdə yerləşən mədəniyyət abidələrinə vurduğu ziyanın tam həcminin indi üzə çıxdığını bildirib.

Diqqətə çatdırılır ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın aprelin 10-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq təşkilatları, xüsusilə də UNESCO-nu bölgəni ziyarət etməyə və Azərbaycanın tarixi, dini və mədəni abidələrinin Ermənistan tərəfindən məhv edilməsinin şahidi olmağa çağırıb. “Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadı”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Məqalədə qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin dini və tarixi-mədəni irsə qarşı törətdiyi vəhşilikləri təsvir edərkən ingilis yazıçısı Corc Mitçel Ağdam şəhərini “ruhlar şəhəri” və “Qafqazın Xirosiması” adlandırıb.

"Ağdam mədəni irsin məhv edilməsi baxımından bəlkə də ən kədərli və ən parlaq nümunədir", - deyə Dupuy qeyd edib. Bir vaxtlar tarixi abidələri ilə məşhur olan canlı bir şəhər – Ağdam, Ermənistan tərəfindən tamamilə məhv edilib və xarabalığa çevrilib.

Sonda müəllif bildirir ki, 30 il ərzində Qarabağdakı mədəni irsin məhv edilməsini qiymətləndirmək üçün faktaraşdırıcı missiyanın təşkili ilə bağlı Azərbaycanın UNESCO-ya və ya digər beynəlxalq təşkilatlara dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu rayonunda qaz KƏSİLDİ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Sumqayıtda "103" xidmətində problem yarandı

Sumqayıtda "103" xidmətində problem yarandı

Xətai rayonunda baş verən sürüşmənin səbəbi nədir?

Xətai rayonunda baş verən sürüşmənin səbəbi nədir?

Bakıda çalışdıqları marketdən oğurluq etdilər

Bakıda çalışdıqları marketdən oğurluq etdilər

Kevin De Brüyne Messinin komandasına transfer olunacaq?

Kevin De Brüyne Messinin komandasına transfer olunacaq?

İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Bağçalara növbəyə yazılma prosesi DAYANDIRILIR

Bağçalara növbəyə yazılma prosesi DAYANDIRILIR

Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir

Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir

Vergi Xidmətinin vəzifəli şəxsləri həbs edildi –200 min RÜŞVƏT alıblar - ADLAR

Vergi Xidmətinin vəzifəli şəxsləri həbs edildi –200 min RÜŞVƏT alıblar - ADLAR

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA

Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA

Hakerlər 86 milyon dollarlıq Bitcoin oğurladılar

Hakerlər 86 milyon dollarlıq Bitcoin oğurladılar

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO