Türkiyə "Akıncı"sı Rusiya PUA-sını darmadağın etdi - VİDEO

Ötən gün Türkiyənin “Baykar Savunma” şirkəti “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsinin “ağıllı” raketlərlə ilk döyüş atışları həyata keçirdiyini elan edib. Sınaq atışları əvvəlcə “ROKETSAN” şirkətinin işləyib hazırladığı, 94 kiloqram ağırlığındakı MAM-T qanadlı raketi ilə həyata keçirilib. Daha sonra “Akıncı” MAM-T raketinə daha əvvəl “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin arsenalına daxil edilən MAM-L və MAM-C raketlərini də əlavə etməklə tam döyüş təchizatı ilə uçub, bu raketlərlə də hədəfə dəqiq zərbələr endirib.
 



Xəbər verildiyi kimi, “Baykar” şirkəti bu ilin əvvəllərindən etibarən “Akıncı” döyüş pilotsuz təyyarələrinin seriya istehsalına başlayıb, ilin sonuna qədər bir neçə belə təyyarəni Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.

“Baykar Savunma” şirkətinin “Akıncı” pilotsuz təyyarəsinin MAM-T raketi ilə ilk döyüş atışı həyata keçirdiyinə dair yaydığı görüntülərin ardınca “ROKETSAN” şirkəti də animasiya yayıb. Həmin animasiyada “Akıncı” MAM-T raketi ilə Rusiyanın istehsalı olan “Pantsir” zenit-raket kompleksini necə məhv etdiyi əks olunur. Bu, MAM-T raketinin ilk nümayişidir.
 

Dərhal görmək mümkündür ki, bu animasiya bir neçə gün əvvəl Rusiyada “Lanset” adlı kamikadze-dronlar istehsal edən “Zara” şirkətinin yaydığı animasiyaya cavabdır. Rusiya şirkəti bəyan edirdi ki, onlar hava sahəsini “minalayan” və pilotsuz təyyarələrə qarşı effektli mübarizə aparmağa imkan verən “Lanset” kamikadze-dronlarını işləyib hazırlayıblar. Həmin dronların tanıdılması üçün hazırlanan animasiyada “Lanset” “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsini “vururdu”. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.

İndi isə “ROKETSAN” öz animasiya filmi ilə tutarlı “cavab zərbəsi” endirir. Şirkətin işləyib hazırladığı MAM-T ağıllı raketi Rusiyanın məhz “Bayraktar”lara qarşı ən güclü müdafiə vasitəsi kimi tanıtmağa çalışdığı “Pantsir-1S” zenit kompleksini kifayət qədər uzaq məsafədən “məhv edir”.Məsələ bundadır ki, “ROKETSAN”ın müvafiq olaraq 8 kilometr və daha yuxarı mənzilli MAM-L və MAM-C raketləri “Bayraktar”ların döyüş arsenalını təşkil edir.

“Bayraktar” hərəsindən iki ədəd olmaqla dörd belə raketlə silahlanıb və Qarabağ müharibəsinin təcrübəsindən də göründüyü kimi, Rusiyanın istehsalı olan aşağı mənzilli zenit-raket komplekslərinin əhatə dairəsinə daxil olmadan hədəfləri yüksək dəqiqliklə məhv edir. Lakin Qarabağ müharibəsinin ardınca Rusiya hərbi ekspertləri və mütəxəssisləri deyirdilər ki, əslində “Bayraktar”lar “Pantsir”lərdən yayına bilməz, çünki “Pantsir” 12-15 kilometr məsafədən hədəfi vura bilir.



Baxmayaraq ki, həm Suriyada, həm Liviyada “Bayraktar”lar çoxsaylı “Pantsir”ləri məhv etmişdi.

İndi isə “Pantsir”lərin Türkiyə pilotsuz təyyarələrinə qarşı heç bir müqavimət imkanı qalmır. Çünki MAM-T qanadlı raketi 30 kilometr və daha yuxarı mənzillidir (atış hündürlüyündən asılı olaraq), yəni bu raketləri daşıyan “Akıncı” pilotsuz təyyarələri “Pantsir”lərin əhatə dairəsindən çox-çox uzaqlardan ona həmin raketlə dəqiq zərbə endirə bilər.

Başqa sözlə, “ROKETSAN”ın yaydığı animasiya Türkiyə pilotsuz döyüş təyyarələrinin Rusiya zenit-raket sistemləri üçün hələ də əlçatan olmadığını nümayiş etdirir.

Eyni zamanda “Akıncı” təkcə yerüstü hədəflərə dəqiq zərbələr endirməyə imkan verən MAM-L, MAM-C və MAM-T raketləri ilə deyil, həm də hava hədəflərini məhv etməyə imkan verən “Bozdogan” raketləri ilə silahlanacaq. Yəni potensial hava döyüşündə “Akıncı” həmin “Lanset”ləri də öz raketləri ilə məhv edə bilər. (Virtualaz.org)

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu rayonunda qaz KƏSİLDİ

Bakının bu rayonunda qaz KƏSİLDİ

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

Türkiyədə 2500 illik heykəl aşkarlandı – FOTO

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

ABŞ-nin Avropadakı nüvə planı: Təhlükəsizlik, yoxsa geosiyasi oyun?

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ

Sumqayıtda "103" xidmətində problem yarandı

Sumqayıtda "103" xidmətində problem yarandı

Xətai rayonunda baş verən sürüşmənin səbəbi nədir?

Xətai rayonunda baş verən sürüşmənin səbəbi nədir?

Bakıda çalışdıqları marketdən oğurluq etdilər

Bakıda çalışdıqları marketdən oğurluq etdilər

Kevin De Brüyne Messinin komandasına transfer olunacaq?

Kevin De Brüyne Messinin komandasına transfer olunacaq?

İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Binalarda enerji sərfinin hesablanması ilə bağlı YENİ QAYDALAR təsdiqləndi

Bağçalara növbəyə yazılma prosesi DAYANDIRILIR

Bağçalara növbəyə yazılma prosesi DAYANDIRILIR

Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir

Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir

Vergi Xidmətinin vəzifəli şəxsləri həbs edildi –200 min RÜŞVƏT alıblar - ADLAR

Vergi Xidmətinin vəzifəli şəxsləri həbs edildi –200 min RÜŞVƏT alıblar - ADLAR

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA

Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA

Hakerlər 86 milyon dollarlıq Bitcoin oğurladılar

Hakerlər 86 milyon dollarlıq Bitcoin oğurladılar

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Quba-Qonaqkənd yolunda ağır qəza: “UAZ” aşdı, xəsarət alanlar var – ÖZƏL/FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi – FOTO

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı müəyyənləşdi

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO