Minsk protokolunu müzakirələrdə iştirak etməyən şəxslər imzalayıb.xa0
Oxu.Azxa0“Seqodnya”x9dya istinadən xəbər verir ki, bu barədə “Avropanın inkişafı: sivilizasiya seçiminin tarixi qanunauyğunluğu”x9d Beynəlxalq forumunda müstəqil Ukraynanın ikinci prezidenti, Ukraynanın Üçtərəfli əlaqə qrupunda nümayəndəsixa0Leonid Kuçmaxa0bildirib. xa0
“Normand formatı, Minsk protokolu... Minskdə dövlət başçılarının dörd nümayəndəsi görüşüb. Merkel ”“ bu ən fəal şəxsdir, biz buna görə Almaniyaya təşəkkür etməliyik. Olland, Putin və Poroşenko... Sizə sadə sual verim: zəhmət olmasa deyin görüm, onlar niyə bu protokolu imzalamadılar, niyə mətbuat qarşısına çıxmayıb birgə bəyanat vermədilər? Bəs protokolu kim imzalayıb? Bu protokolun müzakirəsində iştirak etməyən şəxslər. niyə onlar imzalamayıb? Onlar bunun yerinə yetirilməsinə əmin deyildilər? Bəlkə tərəflərdən biri bunun belə olmasında maraqlıdır?”x9d, - Kuçma deyib.xa0
Onun sözlərinə görə, 1992-ci ildə Minskdə Dağlıq Qarabağ üzrə kontakt qrupu yaradılıb.xa0
“Orada “7+2”x9d, bəs biz haradayıq? Nə isə dəyişib? Bu gün məsləhət verilir, gəlin formatı dəyişək və kimisə əlavə edək. Bununla nə isə dəyişəcək? Kəmiyyət heç nəyi dəyişmir. Hər şey yalnız bir insandan ”“ Putindən asılıdır. Avropalıların Rusiyanı güzəşt etməyə məcbur edəcək mexanizmi varmı... Ticarət sanksiyaları. Bəli, bu sanksiyalar Rusiya üçün problemlər yaratdılar. Digər tərəfdən onlar Rusiyanı əmtəə mallarını əvəzləməyə məcbur etdilər”x9d, - Ukraynanın ikinci prezidenti belə hesab edir.xa0