Vaşinqton fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi məlumat verib.
O bildirib ki, yeni paket rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümü ilə bağlı baş verənlərlə əlaqədardır.
Qeyd edək ki, daha əvvəl fevralın 19-da ABŞ Prezidenti Co Bayden deyib ki, Vaşinqton Navalnının ölümü ilə bağlı əlavə sanksiyalar tətbiq etməyi düşünür.
Bizim.Media