"Mercedes-Benz" şirkəti dünya üzrə ən yeni avtomobillərinin dörddə birini geri çağıracaq.
Bizim.Media DPA agentliyinə istinadən xəbər verir ki, bu informasiyanı Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi yayıb.
Mənbə yazır ki, söhbət 2023-cü ildə buraxılan AMG GT, C-Class, CLE, E-Class, EQE, EQS, GLC, S-Class və SL avtomobillərindən gedir.
Geri çağırılma səbəbi bəzi qoruyucuların təhlükəsizlik standartlarına cavab verməməsidir. Bu da mühərrikin sıradan çıxmasına və yanğın riskini artıra bilər.
Bizim.Media