Fevralın 15-də Mərmərə dənizində batan “Batuhan A” adlı yük gəmisinin heyət üzvlərinin axtarışları davam edir.
Bizim.Media xəbər verir ki, Bursa vilayətinin İmralı adasının cənub-qərbində baş verən gəmi qəzası zamanı itkin düşən altı dənizçidən birinin cəsədi tapılıb.
Türkiyə Dəniz Qüvvələri Komandanlığının dalğıcları 51 metr dərinlikdə gəminin qalıqlarını araşdırır. Sahildən 4 mil aralıda aparılan axtarış-xilasetmə işlərinə 700-dən çox mütəxəssis cəlb edilib.
Bizim.Media