Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 679 mindən çox artıb.
Bizim.Media Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 679 min 3 nəfər yeni koronavirusa yoluxub, 10 min 367 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 136 milyon 996 min 364, ölənlər isə 2 milyon 951 min 832 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,1 milyon), Hindistan (14 milyon), Braziliya (13,6 milyon), Fransa (5,1 milyon) və Rusiyada (4,6 milyon) qeydə alınıb.
Bizim.Media