Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonun nəzarətə götürüldüyünü məruzə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu Avdeevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı Mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məruzə edib.
Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Avdeevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.
Bizim.Media