Qazaxıstanlı peşəkar voleybolçu Tatyana Demyanova İnstagramdakı pərəstişkarlarını yeni fotosessiyası ilə heyran edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.
Mənbə yazır ki, 25 yaşlı qız sosial şəbəkədə heç nə paylaşmaq istəmədiyindən, çətin bir dövr yaşadığından şikayətlənib.
Ancaq görünür "qara zolaq" arxada qalıb. İdmançı kamera qarşısına keçərək doberman cinsindən olan itlə açıq-saçıq fotolar çəkdirib.
"Tanış olun, bu yaraşıqlının adı Tayrondur. İlk baxışdan ona aşiq oldum. Onunla fotosessiya sadəcə bir iş deyildi, zövq idi". Tatyana nəşrin alt hissəsində belə yazıb.
Qeyd edək ki, karantindən əvvəl Demyanova Milli Liqada Almatı komandasında oynayıb. Bu uzun ayaqlı gözəlçəni İnstagramda 150 mindən çox insan izləyir.
Bizim.Media





