“Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində gərginləşən vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib”.
Bizim.Media ''Reuters''ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.
“Prezidentin ofisi Vladimir Putinlə danışıq aparmaq üçün müraciət edib. Hələ ki cavab yoxdur. Ümid edirik ki, bu, dialoqdan imtina deyil”, - deyə mətbuat katibi bildirib.
O qeyd edib ki, ki, Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib.
Bizim.Media