İlk türkiyəli astronavt kosmosa YOLA SALINDI - FOTO/VİDEO

İlk türk astronavt Alper Gezeravcının kosmosa səyahəti başlayıb. Astronavt yanvarın 19-u Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb.

Bizim.Media xəbər verir ki, bu hadisə Türkiyədə ölkənin kosmik tədqiqatlarında iradəsini göstərməsi ilə yanaşı, həm də milli qürurun ifadəsi kimi qiymətləndirilir.

Tarixi uçuş ölkənin demək olar hər yerində quraşdırılan xüsusi ekranlar vasitəsilə yayımlanıb. Vətəndaşlar ilk uçuşun həyəcanını İstanbul, Ankara, Trabzon, Konya, Mersin, Qaziantep və bir çox digər şəhərlərdə keçirilən tədbirlərlə bölüşüblər.

Uçuşdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk türk astronavtın kosmik səyahəti ilə bağlı videomüraciəti yayımlanıb.

Türkiyə Prezidenti uçuşla bağlı bildirib:

“Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik”.

Yola salınan heyətlə ilk canlı əlaqə qurulub. Belə ki, "SpaceX" Ax-3 komandasının ilk hiss və düşüncələrini “X” hesabında canlı yayımlayıb. 

Gezeravcı Türkiyəyə böyük töhfələr verən və bu yolda həyatını itirənləri yad edib: “Bu anı Ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün dahi sözü - Türkiyənin gələcəyi göylərdədir. Uzun zamandır bunun xəyalını qururdum. Bu, çox gözəl hissdir. Əvvəldən indiyə qədər hər şey əla idi”.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət tarixində ilk insanlı kosmik missiyasını yerinə yetirmək üçün seçilən astronavt namizədlər Alper Gezeravcı və Tuva Cihangir Ataseverin adları ilk dəfə ötən il aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Festivalında Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ictimaiyyətə açıqlanıb. Bundan sonra namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər.

İlk kosmik missiya üçün seçilən Alper Gezeravcı 1979-cu ildə Türkiyənin Mersin vilayətinin Silifke rayonunda anadan olub.

O, Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb.

Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elmlər sahələrini əhatə edəcək.
Təcrübələrin inteqrasiyası və adaptasiya işləri Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” və NASA ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.

ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşən “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Tanınmış müğəniyə ağır itki

Tanınmış müğəniyə ağır itki

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Fransada restoranlarda müştərilər ən çox nəyi oğurlayırlar?

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR

Co Baydenin oğlu etiraf etdi

Co Baydenin oğlu etiraf etdi

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

Sentyabrda bu 5 ağacı qətiyyən budamayın

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Salyanda ağır qəza: 5 yaralı var

Salyanda ağır qəza: 5 yaralı var

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Faizlə pul verib gəlir əldə edənlərə XƏBƏRDARLIQ

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Rusiya Odessada yaşayış binasına ZƏRBƏ ENDİRDİ – Yaralılar var – FOTO

Bərə qəzasına görə nazir işdən çıxarıldı

Bərə qəzasına görə nazir işdən çıxarıldı

“Brent” nefti UCUZLAŞDI

“Brent” nefti UCUZLAŞDI

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Psixoloqlara görə evlənmək üçün ən doğru yaş: Boşanma ehtimalı sıfıra yaxındır

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

“Qızı mənə iki mənzil təklif etdi, mən də onu pəncərədən atdım” - Video

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

DOST mərkəzlərinə 8 ayda 672 mindən çox MÜRACİƏT - İnsanlar ən çox hansı problemlə “qapı döyür”?

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Meşə və yol kənarlarından giləmeyvə toplamaq qaydaları - Cərimələr və rüsumlar - VİDEO

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - İşıq olmayacaq

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirildi

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 sentyabr tarixində baş vermiş tarixi hadisələr

End of content

No more pages to load

RADİO