Səudiyyə Hava Yolları zəvvarlar üçün innovativ nəqliyyat növü kimi uçan taksiləri istifadəyə verməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, “eVTOL” cihazları sərnişinləri Ciddədəki Kral Əbdüləziz hava limanından Məkkədəki otellərə daşımaq üçün nəzərdə tutulub.
Planlaşdırıldığı kimi, “Lilium eVTOL” təyyarəsi Səudiyyə Hava Yolları tərəfindən hər reysdə 4-6 sərnişin daşımaq üçün istifadə olunacaq.
Qeyd edək ki, tamamilə elektriklə işləyən təyyarə 250 km uçuş məsafəsinə malikdir.
Bizim.Media