Moldova ilk dəfə olaraq ABŞ-dan maye qaz alacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Viktor Parlikov məlumat verib.
Nazir bildirib ki, Amerika LNG-si olan gəmi artıq Yunanıstanın Aleksandrupolis limanına gəlib və Moldova qazın boşaldılmasından sonra ilk alıcılardan birinə çevriləcək.
ABŞ qazının 1 min kubmetrinə Moldova hökuməti təxminən 30 avro ödəyəcək.
Bizim.Media