Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət meriyası məlumat yayıb.
“Diqqət! Belqorod. Raket təhlükəsi. Mümkünsə evdə qalın. Pəncərələrə yaxınlaşmayın", - deyə məlumatda qeyd edilib.
Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Belqorod vilayəti üzrə Baş İdarəsindən qeyd edilib ki, Belqorod sakinlərinə raket təhlükəsi zamanı işə gecikməyə icazə verilib.
Bizim.Media