Bişkekdə Qırğızıstanın Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus Mi-8 helikopteri “Frunze-1” aviabazasında qəzaya uğrayıb. Hadisə yerli vaxtla saat 10:55-də baş verib.
Bizim.Media Kabar agentliyinə istinadən xəbər verir ki, nəticədə bir nəfər həlak olub, yeddi nəfər yaralanıb. Xəsarət alanların dördü reanimasiya şöbəsinə yerləşdirilib.
Qırğızıstan Müdafiə Nazirliyi helikopterin təlim uçuşları zamanı sərt eniş etdiyini təsdiqləyib.
Bizim.Media