Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə səfər edəcək.
Bizim.Media ''RİA Novosti''yə istinadla xəbər verir ki, Zelenski Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu toplantısına qatılacaq.
Ukrayna dövlət başçısı səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Tərəflər müdafiə, azad ticarət və turizm məsələləri ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Bizim.Media