Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.
“Yəməndə hərbi-siyasi böhran başlayandan bəri Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib” - deyə səfirliyin məlumatında bildirib.
Səfirlik həmçinin qeyd edib ki, yanvarın 12-si səhər saatlarına ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi gecə zərbələri nəticəsində Rusiya vətəndaşlarından xəsarət alan olmayıb.
Bizim.Media