İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 6 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, həkimlərin səyinə baxmayaraq, yaralı hərbçi dünyasını dəyişib.
Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.
Bölgədə əməliyyatlar davam edir.
23:03
İraqın şimalında aparılan “Pençe-Kilit” əməliyyatı zamanı 5 türk əsgəri şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 3-ü ağır olmaqla, 8 hərbçi yaralanıb.
Qeyd edilib ki, qəhrəman türk əsgərləri bölgədə 12 terrorçunu zərərsizləşdiriblər.
Bizim.Media