“Tesla” və “Space X”in sahibi amerikalı milyarder İlon Mask kosmosa bir rusiyalını göndərmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, əslən Kuzbass vilayətindən olan kosmonavt Aleksandr Qrebyonkin “SpaceX”in “Crew Dragon” ekipajının tərkibinə qoşulub.
O, Beynəlxalq Kosmik Stansiyasına yeni kosmonavt qrupunu çatdıracaq. Qrebyonkin kosmosa Metyu Dominik, Maykl Barratt və Canet Eppslə birlikdə uçacaq.
Rusiyalı kosmonavt Beynəlxalq Kosmik Stansiyasında Konstantin Borisovu əvəz edərək altı ay orbitdə qalacaq.


Bizim.Media