Finlandiya hökuməti Rusiya Federasiyası ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen məlumat verib.
O bildirib ki, bu qərar yanvarın 11-də Dövlət Şurasının ümumi iclasında qəbul edilib.
“Mövcud vəziyyət Finlandiyada yaşayan ruslara və iki ölkə vətəndaşlığı olanlara mənfi təsir göstərir”, - deyə nazir qeyd edib.
Bizim.Media