Meksika mətbuatı Qarabağda aparılan minatəmizləmə işlərindən yazdı

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla müsahibələr əsasında həmin ölkənin aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub.

Bizim.Media xəbər verir ki, “Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın öz ərazilərinin böyük hissəsini azad etdiyi, ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın öz silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxartdığı, regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu məlumat verilir.

M.Talıbovun sözlərinə istinadən, azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistan burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir.

Qeyd olunur ki, hazırkı mərhələdə Azərbaycanın əsas prioritetləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərin qayıtmasının təşkil edilməsidir və adıçəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlərə start verilib.

Yazıda, həmçinin təmsilçimizə istinadən, münaqişəyə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, tərəflərin bundan sonra regionda davamlı sülhün möhkəmləndirilməsi və barışığın təmin edilməsi üzrə çalışmalı olduğu, bunun üçünsə Ermənistan rəhbərliyinin öz təcavüzkar siyasətinə birdəfəlik son qoymalı və öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilir.

Sonda Meksika ilə ikitərəfli əlaqələr konstekstində bu ölkənin hər zaman beynəlxaq hüquqa və dövlətlərin suverenliyi prinsipinə tərəfdar olduğu söylənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Bu həftə sevgidə bəxti gətirəcək BÜRCLƏR

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Zelenski daha bir diplomatı vəzifəsindən AZAD ETDİ

Evlilikdən uzaq duran 3 BÜRC

Evlilikdən uzaq duran 3 BÜRC

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Sabah işıqlar söndürüləcək – Küçələr və saatlar

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Ərdoğandan vəliəhd şahzadəyə TƏCİLİ ZƏNG

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Qızlarının 13 yaşını belə təbrik etdilər – VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Yollarda sürücüsüz avtobuslar görəsəksiniz - VİDEO

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Binəqədidə yeniyetməyə həmyaşıdı tərəfindən BIÇAQLANDI

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

Tramp İranla münaqişənin artıq "başa çatdığını" bəyan etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

“Sumqayıt” braziliyalı hücumçu transfer etdi - VİDEO

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Tramp: “Sabah Hörmüz boğazı tamamilə açılacaq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

Zelenski: “Azərbaycanla güclü münasibətlər qurmalıyıq”

“Zirə” legioneri ilə yollarını ayırdı

“Zirə” legioneri ilə yollarını ayırdı

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Türkiyəyə məxsus gəmi vuruldu - Yaralılar var - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

Netanyahu: “Dünyada insanların tərk edə bilmədiyi iki yer var”

“Turan Tovuz” Türkiyə klubunu məğlub etdi

“Turan Tovuz” Türkiyə klubunu məğlub etdi

Zelenski Ukraynanın ABŞ-dəki səfirini istefaya göndərdi

Zelenski Ukraynanın ABŞ-dəki səfirini istefaya göndərdi

Bu məhsullarla bağlı qərar: Qiymətlər artacaq? – VİDEO

Bu məhsullarla bağlı qərar: Qiymətlər artacaq? – VİDEO

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO

End of content

No more pages to load

RADİO