Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya avtomat və sursat şəklində yeni partiya hərbi yardımın göndəriləcəyini vəd edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, nazir Kanadanın Ukraynaya 11 mindən çox avtomat və 9 milyondan çox patron bağışlayacağını elan edib.
Trüdo həmçinin vurğulayıb ki, Kanada və Avropa İttifaqı Kiyevə hərbi dəstəyini davam etdirəcək.
Bizim.Media