Talibanın sözçüsü Zabihullah Mücahid Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsudun iştirakı ilə noyabrın 23-də keçirilən “Əfqanıstan keçmişlə gələcək arasında” konfransına etiraz edib.
Bizim.Media xəbər verir ki,Taliban əleyhinə olan görüşə cavab olaraq, Zabihullah Mücahid bildirib ki, "bu konfransın regional və qonşu ölkələr tərəfindən keçirilməsi əfqanlar arasında parçalanma yaratmaq kimi qiymətləndirilir".
O, daha sonra bəyan edib ki, bəzi ölkələr hərbi əməliyyatları canlandırmaq istəyir və Rusiya digər ölkələrin işlərinə qarışmamalıdır:
"Bu, pis addımdır və buna görə də Rusiyaya etiraz notası göndərilib".
Bizim.Media