İsrail hökumətinin Qəzza sektorunda hərbi əməliyyatlara xərclədiyi vəsait 48 milyard dollara çatacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ölkənin Maliyyə Nazirliyindən verilən məlumata görə, hərbi əməliyyatların bir günü ölkə büdcəsinə 270 milyon dollara başa gəlir.
İsrail 2023-2024-cü illərdə müharibəyə 180 milyard şekel (48 milyard dollar) xərcləyə bilər. Təl-Əviv həmin vəsaitin yalnız üçdə ikisini, ABŞ isə qalan hissəsini ödəyəcək.
Bizim.Media