Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Bildirilib ki, yerli vaxtla saat 17:46-da meydana gələn yeraltı təkanların episentri Malatyanın Battalqazi rayonudur. Ocağı yerin 6,99 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Təbiət hadisəsinin törədə biləcəyi fəsadlarla bağlı hələ məlumat verilməyib.
Bizim.Media