Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə əlaqədar tək qalmağa hazır olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ABŞ-da Respublikaçılar Partiyasının prezident seçkilərində qalib gəlməsi ehtimalından danışarkən bildirib.
O qeyd edib ki, Respublikaçılar hakimiyyətə gələrsə, Avropanın nəhəng geosiyasi münaqişə ilə təkbaşına mübarizə aparması, problemin demək olar, qeyri-mümkün siyasi həllini tapması və xərcləri özünün qarşılaması tamamilə mümkündür.
Bizim.Media