Qəzzada humanitar atəşkəs barədə razılıq əldə olundu

İsrail hökuməti çərşənbə axşamı Fələstinin radikal HƏMAS hərəkatı ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilib.

İsrail hökuməti saatlarla davam edən xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib, sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq.

Bəyanatda deyilir: “İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən, dörd gün ərzində ən azı oğurlanmış 50 qadın və uşaq azad ediləcək”. Həmçinin oğurlanan daha 10 nəfərin azad edilməsi üçün atəşkəs əlavə bir gün də uzadıla bilər.

HƏMAS da bununla bağlı bəyanat yayıb. Bəyanatda girovların qaytarılması üçün İsraillə dörd günlük atəşkəs haqqında razılıq əldə olunduğu təsdiqlənib.

“Axios” portalının məlumatına görə, razılaşmanın birinci mərhələsində HƏMAS Qəzzada saxlanılan 50-yə yaxın israilli qadın və uşağı, İsrail isə əksəriyyəti qadın və yeniyetmələrdən ibarət 150-yə yaxın fələstinli girovu azad etməlidir.
Bundan əlavə, İsrail Misirdən gündəlik olaraq Qəzzaya humanitar yardım aparan 300-ə yaxın TIR-a anklava keçməyə, o cümlədən daha çox yanacaq gətirilməsinə icazə verəcək. İkinci mərhələdə, İsrailin humanitar atəşkəsi bir neçə gün daha uzatması müqabilində HƏMAS daha çox qadın, uşaq və qocanı azad edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

End of content

No more pages to load

RADİO