Bu gün İsrail hökumətinin təcili toplantısı keçiriləcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, iclasda HƏMAS girovlarının azad edilməsi müzakirə olunacaq.
Məlumata görə, girovların azad edilməsinə hökumətin razılıq verəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media