Oktyabrın 7-dən bu günə qədər Qəzza zolağında həlak olanların sayı 13300 nəfəri keçib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Qəzzadakı hökumət yayıb.
Məlumata görə, ölənlərin 5600-ü uşaq, 3550-si isə qadındır.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Bizim.Media