Finlandiyanın sərhəd-keçid məntəqələrini bağlamasına etiraz olaraq, Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfirə Antti Helanteraya Finlandiya-Rusiya sərhədində 4 keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirilib və Helsinkinin bu addımı birmənalı şəkildə təxribat xarakterli adlandırılıb:
“Finlandiyanın bu cür addımlar atması hər iki ölkədə on minlərlə vətəndaşının hüquq və maraqlarını pozur”.
Bizim.Media