"Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər".
Bizim.Media "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms Brayenin İranın Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəhliz yaradılmasında iştirakı ilə bağlı tənqidi fikirlərini şərh edərkən bildirib.
“İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidirlər”, - deyə o, qeyd edib.
Bizim.Media