İsrail-Fələstin müharibəsi başlayandan bu günə qədər ən azı 42 jurnalist öldürülüb. Bundan başqa, 9 jurnalist yaralanıb, 3 nəfər itkin düşüb və 13 nəfər həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb.
Məlumata görə, təkcə Qəzza zolağında 37 jurnalist, İsraildə 4, Livanda isə 1 jurnalist öldürülüb.
CPJ jurnalistlərin və media işçilərinin ölümü, itkin düşməsi, həbsi və ya yaralanması ilə bağlı bütün iddiaları araşdırdığını bəyan edib və noyabrı “jurnalistlər üçün ən ölümcül ay” adlandırıb.
Xatırladaq ki, bütün tələblərə baxmayaraq, İsrail oktyabrın sonunda Qəzza zolağında jurnalistlərə təhlükəsizlik zəmanəti verməkdən imtina edib.
Rövşən Ziya, Bizim.Media